“Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurta mövsüm irəlilədikcə komandanın daha da inkişaf edəcəyinə şübhə etmir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, komandaya əsas töhfəni verə biləcək futbolçuların adlarını çəkib:
“Mən Rafael Leaodan, eyni zamanda, Kristian Pulişiçdən danışıram. Pulişiç mövsümün ilk yarısında yaxşı oynadı, amma indi görünmür.
Kristofer Nkunku da indikindən daha çox töhfə verə bilər. Düşünürəm ki, “Milan” inkişaf edə bilər”.
“Milan” hazırda A Seriyasının turnir cədvəlində lider “İnter”dən 5 xal geridədir.

