“İnter”in prezidenti Cüzeppe Marotta klubun qış transfer pəncərəsində fəal olmamasına münasibət bildirib.
Sportinfo.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbəri heyəti gücləndirməyə ehtiyac duymadıqlarını deyib:
“Transfer pəncərəsi adətən komandaların problemlərini həll etdiyi dövrdür. Ancaq bizim buna ehtiyacımız yoxdur, çünki yayda çox yaxşı iş gördük.
Kristian Kivu (baş məşqçi) həmçinin, akademiyanın futbolçularına güvənə bilər. Biz mövcud vəziyyətdən razıyıq”.
“İnter” hazırda A Seriyasında turnir cədvəlinə başçılıq edir. Komanda 23 turdan sonra 55 xal toplayıb və ikinci pillədə qərarlaşan “Milan”ı 5 xal qabaqlayır.
Kivunun rəhbərlik etdiyi komanda növbəti turda səfərdə “Sassuolo” ilə üz-üzə gələcək.

