Norveçli hücumçunun transferi üçün hərəkətə keçdi - “Yuventus”

2 Fevral 21:40 İtaliya 533
Norveçli hücumçunun transferi üçün hərəkətə keçdi - “Yuventus”

“Atletiko”nun hücumçusu Aleksandr Sörlot “Yuventus”un maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu norveçli forvardı qış transfer pəncərəsi bağlanmamış heyətinə qatmaq niyyətindədir.

Bundan əvvəl “Yuventus” hücum xəttini gücləndirmək üçün Jan-Filipp Mateta (“Kristal Pelas”), Yussef En-Nesiri (“Fənərbaxça”) və Mauro İkardi (“Qalatasaray”) variantlarını nəzərdən keçirmişdi.

Ancaq hazırda klubun diqqəti məhz Sörlot üzərində cəmlənib və yaxın saatlarda onun transferi üçün konkret addımların atılması mümkündür.

30 yaşlı hücumçu cari mövsümdə La Liqada 21 matçda iştirak edib, 7 qol vurub. “Yuventus” rəhbərliyi onu hücum xətti üçün uyğun variant kimi dəyərləndirir və transfer pəncərəsi bağlanana qədər qərar verməyi planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti