“Milan” “Atletiko”nun müdafiəçisi Xose Ximenesi transfer etmək variantını nəzərdən keçirir.
Sportinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
“Qırmızı-qaralar” hələlik uruqvaylı futbolçu ilə bağlı rəsmi maraq nümayiş etdirməyib. Söhbət mümkün danışıqların yay transfer pəncərəsində başlamasından gedir.
Madrid təmsilçisi Ximenesi 30 milyon avro qarşılığında sata bilər və “Milan” bu məbləği adekvat hesab edir. İtaliyalılar futbolçunun ən yüksək səviyyədə oynamaq təcrübəsini və liderlik keyfiyyətlərini xüsusi dəyərləndirirlər.
Buna baxmayaraq, “Atletiko” rəhbərliyi komandanın əsas simalarından birini tezliklə satmağı planlaşdırmır. Ancaq Ximenesin özü 2026-cı ildə keçiriləcək dünya çempionatından sonra gələcək karyerası ilə bağlı variantları gözdən keçirməyə hazırdır.

