Qapıçısına 4 illik yeni müqavilə təklif etdi

28 Dekabr 2025 00:10 İtaliya 925
Qapıçısına 4 illik yeni müqavilə təklif etdi

“Milan” rəhbərliyi komandanın əsas qapıçısı Mayk Menyanı heyətdə saxlamaqda qərarlıdır.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” fransalı qolkiperə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.

Yeni anlaşmaya əsasən, Menyanın illik maaşı təxminən 7 milyon avro olacaq. Hazırkı müqavilə isə gələn il başa çatacaq və klub bu riski aradan qaldırmaq istəyir.

30 yaşlı futbolçu 2025/26 mövsümündə “Milan”ın heyətində 18 oyunda meydana çıxıb, bunların 8-də qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"