“Napoli”nin prezidenti Aurelio de Laurentis baş məşqçi Antonio Konte üçün cəlbedici təklif hazırlayır.
Sportinfo.az “calcionapoli1926.it”-ə istinadən xəbər verir ki, bu təklif Kontenin mövcud maaşının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.
De Laurentis italiyalı mütəxəssisi klubun uğurlarında əsas fiqur hesab edir və onunla əməkdaşlığı uzunmüddətli perspektivdə davam etdirmək istəyir.
Prezident Konteni klubun uğurlarında açar fiqur kimi görür. O, baş məşqçiyə maaşı artırılmaqla yeni müqavilə təklif etməyə hazırdır.
De Laurentis Kontenin “Napoli”də uzun bir dövr – bütöv bir mərhələ ərzində çalışmasını arzulayır.
Antonio Konte 2024-cü ilin yayında “Napoli”nin baş məşqçisi təyin olunub və artıq komandanı iki titul, o cümlədən skudettoya qovuşdurub.
Onun komandası UEFA Çempionlar Liqasının 5-ci turunda evdə “Qarabağ”ı məğlub (2:0) edib.

