“Yuventus” rəhbərliyi qış transfer pəncərəsində heyəti yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin qısa siyahısında dörd futbolçunun adı yer alır.
“Yuventus” “Milan”dan Koni de Vinter, “Sassuolo”dan Tarik Muharemoviç, “Tottenhem”dən Radu Draquşin və “Brayton”un futbolçusu Dieqo Koppolanı yaxından izləyir.
“Transfermarkt” portalı De Vinterin dəyərini 20 milyon avro, Muharemoviçi 14 milyon avro, Draquşini 22 milyon avro, Koppolanı isə 10 milyon avro olaraq qiymətləndirir.
“Yuventus” A Seriyasında 16 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda sabah Luçano Spallettinin rəhbərlik etdiyi “Piza” ilə qarşılaşacaq.

