Serbiyalı hücumçunun agenti ilə görüşdülər - Söhbət nə yerdədir?

26 Dekabr 2025 00:20 İtaliya 987
Serbiyalı hücumçunun agenti ilə görüşdülər - Söhbət nə yerdədir?

“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Milan”ın transfer siyahısında qalmaqda davam edir.

Serbiyalı artıq gələn yay azad agent ola bilər, çünki onun turinlilərlə müqaviləsinin müddəti başa çatacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” rəhbərliyi Vlahoviçin transferi üzərində aktiv şəkildə çalışır. “Qırmızı-qaralar” artıq onun agenti ilə görüş keçiriblər.

Bildirilir ki, bu transferdə “Milan”ın idman direktoru İqli Tare şəxsən maraqlıdır.

25 yaşlı futbolçu cari mövsümdə 17 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Noyabrın sonunda zədələnən hücumçunun marta qədər yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü
20 Oktyabr 04:30 "Sabah" NTD-yə qalib gəldi
20 Oktyabr 03:50 "Tarix yazdıq"