“Sükan”ı indi Kannavaroya tapşırmaq istəyir - İtaliya klubu

11 Noyabr 2025 15:40 İtaliya 1 188
“Sükan”ı indi Kannavaroya tapşırmaq istəyir - İtaliya klubu

“Peskara” (İtaliya) baş məşqçisini istefaya göndərdikdən sonra yeni çalışdırıcı axtarışına başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ən real namizəd kimi “Napoli”nin sabiq futbolçusu Paolo Kannavaronun adı çəkilir.

Klub rəhbərliyi artıq Kannavaro ilə ilkin təmaslar qurub.

“Peskara”nın siyahısında daha iki mütəxəssisin – Françesko Modesto və Corco Giorginin adları da yer alır.

Komanda sonuncu dəfə A Seriyasında 2016/17 mövsümündə çıxış edib və hazırda B Seriyasının təmsilçisidir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!