“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan keçmiş klubu “Yuventus” haqqında fikirlərini bölüşüb.
Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Zidan “Yuventus”un onun karyerasında və həyatında xüsusi yer tutduğunu bildirib:
“Bu klub həmişə qəlbimdə qalacaq. “Yuventus” bir daha böyük olacaq!
Orada səni hər vəchlə qalib gəlməyə öyrədirlər. Fransada qalib gəlmirdinsə, bu, o qədər də ciddi məsələ sayılmırdı.
Amma A Seriyasında tam əksinə idi. Orada yalnız qələbə önəmlidir”.
Fransalı sabiq futbolçu 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib.
Bir müddət öncə “Yuventus”da baş məşqçi postuna Luçano Spaletti təyin olunub.

