De Bruyneni əvəz edəcək oyunçunu tapdı - “Qarabağ”ın rəqibi

19:00 İtaliya 107
De Bruyneni əvəz edəcək oyunçunu tapdı - “Qarabağ”ın rəqibi

“Napoli” Kevin de Bruynenin zədələnməsindən sonra yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Əvvəllər məlumat verilmişdi ki, İtaliya çempionları “Mançester Yunayted”in futbolçusu Kobbi Mainunun transferi ilə yenidən maraqlanırlar.

Ancaq “qırmızı şeytanlar” onu yanvarda buraxmaq niyyətində deyil.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Napoli” 19 yaşlı Mainunun alternativi kimi “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonu nəzərdən keçirir. A Seriyası təmsilçisi 22 yaşlı ispaniyalı üçün 30 milyon avro təklif etməyə hazırdır.

Kasado cari mövsümdə Hans-Diter Flikin rəhbərliyi altında 12 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti