"Xoşbəxtəm və həmişə qalmaq istədiyimi demişəm" - Qərarını açıqladı

25 İyul 01:20 İtaliya 157
"Xoşbəxtəm və həmişə qalmaq istədiyimi demişəm" - Qərarını açıqladı

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubdan ayrılacağı barədə məlumatlara münasibət bildirib.

Sportinfo.az “beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir, Türkiyə millisinin üzvü Milan təmsilçisində xoşbəxt olduğunu və başqa komandaya keçməyəcəyini deyib:

“İnter”də xoşbəxtəm və həmişə qalmaq istədiyimi demişəm. Məqsədim burada, bu klubla titullar qazanmaqdır”.

Türkiyəli futbolçu komanda yoldaşı Lautaro Martinez ilə də yaşadığı mübahisəyə aydınlıq gətirərək, aralarındakı problemin həll olunduğunu bildirib.

Mətbuatda Hakanla “Qalatasaray”ın marqlandığı, hətta klubun futbolçu ilə danışıqlara başladığı deyilirdi.

Ötən mövsüm 31 yaşlı Çalhanoğlu bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!