Argentinalı vingerlə vidalaşmaq istəyir - “Yuventus”

24 İyul 01:50 İtaliya 149
Argentinalı vingerlə vidalaşmaq istəyir - “Yuventus”

“Yuventus” bu yay vingeri Nikolas Qonsaleslə yollarını ayırmaq niyyətindədir.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun gələcəyi bəlli deyil və turinlilərin baş məşqçisi İqor Tudorun planlarına daxil edilməyib.

Qonsaleslə Avropanın iki yüksək statuslu klubu – “İnter” və “Atletiko” maraqlanır. Ancaq hazırda konkret danışıqlar aparılmır.

27 yaşlı futbolçu “Yuventus”da cəmi bir mövsüm keçirib: Turin klubu keçən yay onu 28 milyon avroya almaq öhdəliyi ilə “Fiorentina”dan icarəyə götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!