D Seriyası klubu ilə müqavilə bağladı - Del Pyeronun oğlu

22 İyul 18:40 İtaliya 168
D Seriyası klubu ilə müqavilə bağladı - Del Pyeronun oğlu

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyeronun 17 yaşlı oğlu Tobi Del Pyero “Sanremeze” klubuna transfer olunub.

Bu komanda İtaliya çempionatının dördüncü səviyyəli liqası olan D Seriyasını təmsil edir.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında müqavilənin imzalanması barədə məlumatı “Sanremeze”nin mətbuat xidməti öz rəsmi səhifələrində yayıb.

Gənc hücumçu ilə bir illik müqavilə bağlanıb.

Ata Del Pyero 2015-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. O, İtaliya millisində dünya çempionluğu (2006), eləcə də, “Yuventus”dakı çıxışı ilə futbol tarixində öz yerini tutub.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda