“Bu futbolçunu bəyənirik, amma uzunmüddətli danışıqlara girməyəcəyik”

10:40 İtaliya 241
“Bu futbolçunu bəyənirik, amma uzunmüddətli danışıqlara girməyəcəyik”

“İnter”in idman direktoru Pyerro Auzilio klubun “Atalanta”nın hücumçusu Ademola Lukmanı transfer etmək niyyətində olduğunu təsdiqləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi danışıqların artıq başlanıldığını və “İnter”in yaxın günlərdə bu keçidi rəsmiləşdirməyə ümid etdiyini bildirib:

“Lukman üçün rəsmi təklif etdik. Bu futbolçunu bəyənirik. “Atalanta” ilə münasibətlərimiz yaxşıdır, amma uzunmüddətli danışıqlara girməyəcəyik”.

İtaliya mediasının məlumatına görə, “İnter” 27 yaşlı nigeriyalı hücumçunun transferi üçün təxminən 50 milyon avro (bonuslarla birlikdə) ödəməyə hazırdır.

“Transfermarkt” isə onun dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 16:20 "İmişli" budur - 2:1!