Paytaxt klubuna öz xidmətini təklif etdi – Gəlim, baş məşqçiniz olum

19 Sentyabr 2024 00:20 İtaliya 1 114
Paytaxt klubuna öz xidmətini təklif etdi – Gəlim, baş məşqçiniz olum

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter tezliklə özünə İtaliyada iş tapa bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis mütəxəssis öz xidmətini bu gün Daniele de Rossini qovan “Roma”ya təklif edib.

Potter “Çelsi”dən qovulduğu 2023-cü ilin yazından bəri işsizdir. O, londonluların baş məşqçisi kimi 6 ay işləyib.

Bundan əvvəl Potter İngiltərə millisinin baş məşqçisi postuna favoritlərdən biri hesab olunurdu.

“Roma”nın baş məşqçi postuna Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Edin Terziç də namizəddir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO