COP29

"Belə olmaz" - Millimizin sabiq hücumçusu oğlunun buradan ayrılmasını istəyir

18 İyun 00:40 İtaliya 1 699
"Belə olmaz" - Millimizin sabiq hücumçusu oğlunun buradan ayrılmasını istəyir

“Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun gələcək karyerası haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu oğlunun İtaliya klubundan ayrılmasını istədiyini bildirib:

“Düzünü desəm, mən hələ Xviça ilə bu mövzunu müzakirə etməmişəm. Amma artıq gənc deyil, karyerası üçün nəyin yaxşı olacağına özü qərar verəcək.

Şəxsən mən onun “Napoli”də qalmasını istəmirəm. Keçən il 3 məşqçi dəyişdilər.

Belə vəziyyətdə oynamaq həmişə çətindir. Mən və agenti Mamuka Cuqeli ən yaxşı həll yolunu məsləhət görəcəyik və sonda özü qərar verəcək”.

23 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Ötən mövsüm o, 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti