COP29

Niderlandlı hücumçunun transferi üçün 5 milyon verir - “Milan”

9 İyun 12:45 İtaliya 724
Niderlandlı hücumçunun transferi üçün 5 milyon verir - “Milan”

“Milan” “Los-Anceles”ə keçmək üçün azad agent kimi klubdan ayrılan Olivye Jirunun yerinə yeni hücumçu axtarır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun nümayəndələri yaxın vaxtlarda “Bolonya”nın hücumçusu Coşua Zirkzenin transferi ilə bağlı görüş keçirəcəklər.

“Milan” niderlandlı futbolçuya 5 il müddətinə, illik 5 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır.

Digər klublar da forvardın xidmətində maraqlıdır, ona görə də, müqavilə bağlamaq asan olmayacaq.

“Bolonya”nın Zirkzenin transferi üçün 40-60 milyon avro civarında məbləğ tələb edəcəyi daha əvvəl bildirilirdi.

23 yaşlı forvard son A Seriyasında 11 qol vurub, 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?