Klub prezidenti baş məşqçini istefaya göndərdiyini AÇIQLADI

20 Fevral 10:00 İtaliya 540
Klub prezidenti baş məşqçini istefaya göndərdiyini AÇIQLADI

İtaliya çempionu “Napoli”nin prezidenti Aurelio De Laurentis baş məşqçi Valter Mazzarrini istefaya göndərmək qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, onun sözlərini jurnalist Canluka Di Marzionun portalı yayıb.

Klubun sahibi Slovakiya millisinin baş məşqçisi Françesko Kalzonanın yeni çalışdırıcı olacağını deyib.

“Mazzarri “Napoli”nin dostudur, bu ağrılı vidadır, dostla ayrılmaq həmişə çətindir.

Nəzərə almaq lazımdır ki, o, çətin anlarda klubun köməyinə gəlib, amma bununla belə, azarkeşlərə daha çox ehtiyac var.

İndi Sarri və Spaletti ilə işləyən və futbolçuların 80%-ni tanıyan Kalzonaya baxaq. Çətinlik yaratmadan ona kömək edək, çünki "Barsa" ilə oyuna hazırlaşmaq çətin olacaq”, - De Laurentis bildirib.

“Napoli” – “Barselona” matçı fevralın 21-də Neapolda, Dieqo Maradona stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti