Mbappe “Real” ilə 5 illik müqaviləyə qol çəkib?

19 Fevral 2024 22:00 İtaliya 564
Mbappe “Real” ilə 5 illik müqaviləyə qol çəkib?

Mövsümün sonunda PSJ-dən ayrılacaq Kilian Mbbapenin yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, fransalı hücumçu "Real"a keçəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Artıq Mbappenin "Real"la müqavilə imzaladığı da bilirilir. 25 yaşlı forvardın sözləşməsinin detalları da məlumdur.

Fransa millisinin üzvü Madrid təmsilçisi ilə 5 illik müqaviləyə qol çəkib. Onun illik maaşı 15-20 milyon avro arası olacaq.

Bundan əlavə ulduz futbolçu 50 milyon avro imza pulu əldə edəcək. "Real" ön xətt oyunçusuna 10 nömrəli formanı verəcək.

PSJ Kilian Mbappeni 2019-cu ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 290 rəsmi matçda 243 qol və 105 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?
7 Noyabr 00:40 Mbappe Bakıya gələcək