«Araz-Naxçıvan»ın Premyer Liqanın yeni mövsmünə qeyri-sabit davam etməsi Elmar Baxşıyevin postunu laxladıb.
Hazırda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov şəxsən baş məşqçinin işindən narazıdır.
NFF-nın birinci şəxsi ona bununla bağlı xəbərdarlıq edib.
Buna əsasən deyə bilərik ki, Baxşıyev təcili nəticələrə müsbət toxunuş eləməlidir. Əgər qarşıdakı 2-3 turda da düzələn nəsə olmasa, onun istefaya göndərilmək məsələsinə baxılacaq.
Hazırkı çalışdırıcı 2024-cü ilin mart ayından «ağ-qırmızılar»ın sükanı arxasındadır. O, «Araz»a ötən mövsüm Premyer Liqanın bürünc medallarını qazandırıb.
Həmçinin klub tarixində ilk dəfə avrokuboklara qatılıb. Yayda komandaya böyük miqdarda büdcə ayrılsa və bahalı transfer əməliyyatları reallaşdırılsa da, cari «futbol ili»ni gözlənilən səviyyədə keçirmirlər.
Muxtar Respublika təmsilçisi çempionatın ilk 10 həftəsində 4 qələbə qazanıb və eyni sayda heç-heçəyə imza atıb.
Daha iki matçda isə məğlubiyyətlə üzləşiblər. 16 xala malik kollektiv turnir cədvəlinin altıncı pilləsinə kimi geriləyib.
SPORTİNFO.AZ

