Ronaldo “Yuventus”a qayıtmaq üçün bu yola əl atacaq?

22 İyun 2022 00:10 İtaliya 552
Ronaldo “Yuventus”a qayıtmaq üçün bu yola əl atacaq?

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Yuventus”a qayıda bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

37 yaşlı portuqaliyalının agenti Jorje Mendeş tezliklə “Yuventus” rəhbərliyinə zəng edərək, Ronaldonu transfer etməyi təklif edəcək.

Mendeş klub rəhbərliyinə Kriştianonun “Yuventus”u tərk etdiyinə görə peşman olduğunu və Çempionlar Liqasında oynamaq üçün geri qayıtmaq arzusunda olduğunu izah edəcək. Futbolçunun maaşını azaltmağa hazır olduğu da qeyd edilir.

Ronaldo 2018-2021-ci illərdə “Real”dan keçdiyi “Yuventus”da çıxış edib. Hücumçu Turin klubu ilə ikiqat İtaliya çempionu, ölkə kubokunun və iki dəfə superkubokun sahibi olub.

O, 2021-ci ilin yayında “Mançester Yunayted”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"