2,5 milyon avro maaş və 3 illik sözləşmə - RAZILAŞDILAR

21 İyun 2022 01:40 İtaliya 826
2,5 milyon avro maaş və 3 illik sözləşmə - RAZILAŞDILAR

"Yuventus" "Ayntraxt"ın (Frankfurt) vingeri Filip Kostiçin transferini yekunlaşdırmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı oyunçu illik 2,5 milyon avro maaş və 3 illik sözləşmə təklif edən Turin klubu ilə razılaşıb.

İtaliya klubu serbiyalı futbolçu üçün qarşı tərəfə 12 milyon avro təklif edib. Frankfurt təmsilçisi isə Kostiçin gedişindən 20 milyon avro qazanmağı planlayır.

Xəbərə görə, iki klub arasında danışıqlar gedir. Tərəflərin 17-18 milyon avroya transferi yekunlaşdırması gözlənilir.

Başa çatan mövsümdə Almaniya klubu ilə bütün turnirlərdə 43 oyuna çıxan Kostiç 7 qol, 13 asisstlə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti