“Hər iki futbolçu ilə müqavilə imzaladığımızı təsdiq edə bilərəm”

21 İyun 2022 00:10 İtaliya 497
“Hər iki futbolçu ilə müqavilə imzaladığımızı təsdiq edə bilərəm”

“İnter”in baş direktoru Cüzeppe Marotta klubun azad agent olan iki futbolçu ilə müqavilə imzaladığını təsdiqləyib.

Söhbət qapıçı Andre Onana və yarımmüdafiəçi Henrix Mxitaryandan gedir.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi, hər iki futbolçu ilə anlaşdıqlarını bildirib:

“Andre Onana və Henrix Mxitaryanla müqavilə imzaladığımızı təsdiq edə bilərəm. Hər iki oyunçu ilə anlaşmışıq “.

26 yaşlı Onana 2015-ci ilin yanvarından “Ayaks”da çıxış edirdi və o, bu komandada 212 matçda 192 qol buraxıb.

33 yaşlı erməni futbolçu Mxitaryan “Roma” ilə ötən mövsüm bütün yarışlarda 44 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı