De görüm, gəlirsən, ya yox? - Sabah “Yuventus”a cavab verməlidir

19 İyun 2022 22:00 İtaliya 575
De görüm, gəlirsən, ya yox? - Sabah “Yuventus”a cavab verməlidir

Argentinalı yarımmüdafiəçi Anxel di Maria yaxın günlərdə “Yuventus”la müqavilə imzalayacaq.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu Turin klubunun rəhbərliyinə cavabını iyunun 20-də verəcəyini bildirib.

Danışıqlar bir aydır ki, davam edir. Futbolçu ilə “Barselona” da maraqlanırdı.

Di Maria 2015-ci ilin yayından PSJ-də çıxış edirdi. O, ötən mövsüm PSJ-nin heyətində Fransa Liqa 1-də 26 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti