Razıyam, pulumu azaldın, amma məni klubdan uzaqlaşdırmayın

19 İyun 2022 18:20 İtaliya 1 369
Razıyam, pulumu azaldın, amma məni klubdan uzaqlaşdırmayın

“Napoli”nin mərkəz müdafiəçisi Xalidu Kulibali klubu ilə müqaviləsini uzatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, o, klubda qalmaq üçün maaşının azalmasına da hazırdır.

Avropanın bir sıra aparıcı klublarının ona maraq göstərməsinə baxmayaraq, seneqallı müdafiəçi “Napoli”ni tərk etməyi planlaşdırmır. Kulibali hətta gələcəkdə karyerasını Neapolda bitirməyə hazırdır.

Kulibali bu yay klubdan ayrılmasa, yeni mövsümdən “Napoli”nin kapitanı olacaq.

Futbolçu 2014-cü ildən Neapol komandasında çıxış edir. 30 yaşlı müdafiəçi ötən mövsüm A Seriyasında 27 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM