İtaliya millisinin müdafiəçisi Corcio Kyellini ABŞ-ın “Los-Anceles” klubu ilə müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı C.Kyellini ilə “İnter Mayami” və “Toronto” kimi klublar maraqlansa da, futbolçu “Los-Anceles”də oynamağı üstün tutub.
Corcio Kyellini 2005-ci ildən “Yuventus”un heyətində çıxış edib.
O “Qoca sinyora”nın heyətində 559 oyun keçirib, 36 qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb.

