2025-ci ilə qədər olan müqavilə imzalamağı təklif etdi

13 İyun 2022 00:10 İtaliya 797
2025-ci ilə qədər olan müqavilə imzalamağı təklif etdi

Paulo Dibala müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent kimi "Yuventus"u tərk edib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçunun çıxış edəcəyi komandada müəyyənləşib.

Dibala "İnter"də karyerasını davam etdirməyə yaxındır. Milan təmsilçisi 28 yaşlı oyunçuya müddəti 2025-ci ilə qədər olan müqavilə imzalamağı təklif edib.

Argentinalı özü də İtaliyada qalmaqda maraqlıdır. Tərəflər arasında son detallar müzakirə olunur.

Argentina millisinin üzvü daha əvvəl "Borussiya" (Dortmund) və "Sevilya"nın təkliflərini geri çevirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti