EFA-nın (European Football Academy) yetirməsi Akif Əliyev bu ay “Peruca”ya yollanacaq.
Daha əvvəl Toğrul Haqverdiyev, Aydın Ələsgərli, Nicat Quliyev, Firudin Kişiyev, Cavid Əfəndiyev, Cavad Qurbanzadə, Elcan Mustafayev və Həmid Əbdülhəmidlinin baxışa yollanacağını xəbər vermişdik.
EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.
Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. B Seriyasında mübarizə aparan “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.
25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliya klubunda çıxış edə biləcək.
SPORTİNFO.AZ

