Daha bir azərbaycanlı futbolçu ölkə xaricinə baxışa yollanır

4 İyun 2022 14:40 İtaliya 1 093
Daha bir azərbaycanlı futbolçu ölkə xaricinə baxışa yollanır

EFA-nın (European Football Academy) yetirməsi Həmid Əbdülhəmidli bu ay “Peruca”ya yollanacaq.

Daha əvvəl Toğrul Haqverdiyev, Aydın Ələsgərli, Nicat Quliyev, Firudin Kişiyev, Cavid Əfəndiyev, Cavad Qurbanzadə və Elcan Mustafayevin baxışa yollanacağını xəbər vermişdik.

EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.

Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.

25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliya klubunda çıxış edə biləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti