“İnter”in baş məşqçisi Simone İnzaqi klubla müqaviləsini uzadacaq.
Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis “İnter”lə daha bir mövsüm uzatma variantı ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayacaq.
Klub rəhbərliyi yaxın günlərdə yeni müqaviləni açıqlayacaq.
İnzaqi 2021-ci ilin yayından “İnter”i çalışdırır. Komanda son mövsümdə A Seriyasını ikinci pillədə başa vuraraq, İtaliya kubokunu qazanıb.

