“Peruca” sumqayıtlı istedada da “qucaq açdı”

30 May 2022 17:40 İtaliya 958
“Peruca” sumqayıtlı istedada da “qucaq açdı”

EFA-nın (European Football Academy) yetirməsi, klubun Sumqayıtda yerləşən məktəbində üzə çıxan Cavad Qurbanzadə gələn ay “Peruca”ya yollanacaq.

Daha əvvəl Toğrul Haqverdiyev, Aydın Ələsgərli, Nicat Quliyev, Firudin Kişiyev və Cavid Əfəndiyevin baxışa yollanacağını xəbər vermişdik.

EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.

Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.

25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliya klubunda çıxış edə biləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti