"Yuventus" Aaron Remzi ilə yolları ayırmaq istəyir.
Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi illik 7 milyon avro maaş alan yarımmüdafiəçi ilə vidalaşmaq niyyətindədir.
"Qoca sinyora" ilə 2023-cü ilin yayına qədər müqaviləsi olan uelsli futbolçu vaxtından əvvəl klubu tərk edəcək.
2019-cu ildən "Yuventus"da çıxış edən 31 yaşlı futbolçu son mövsümü icarə əsasında Şotlandiya klubu "Reyncers"də keçirib.

