EFA-nın (European Football Academy) yetirməsi Firudin Kişiyev gələn ay “Peruca”ya yollanacaq.
Daha əvvəl Toğrul Haqverdiyev, Aydın Ələsgərli və Nicat Quliyevin baxışa yollanacağını xəbər vermişdik.
EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.
Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.
25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliyada klubunda çıxış edə biləcək.
SPORTİNFO.AZ

