İbrahimoviç problem içində - 7-8 ay oynamayacaq

26 May 2022 01:40 İtaliya 1 118
İbrahimoviç problem içində - 7-8 ay oynamayacaq

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Milan" əməliyyatın yaxşı keçdiyini bildirib. 40 yaşlı futbolçunun 7-8 ay oynamayacağı vurğulanıb.

Oktyabrda 41 yaşı tamam olacaq Zlatanın klubla müqaviləsi iyunun 30-na kimidir. İsveçli hücumçu A seriyasında başa çatan mövsümdə 23 matçda 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM