“Peruca”ya yollanacaq ikinci azərbaycanlı futbolçu

20 May 2022 21:20 İtaliya 984
“Peruca”ya yollanacaq ikinci azərbaycanlı futbolçu

“Peruca”ya yollanacaq ikinci azərbaycanlı gəncin kimliyi bilinib.

EFA-nın (European Football Academy) yetirməsi Aydın Ələsgərli gələn ay İtaliyaya göndəriləcək.

Daha əvvəl akademiyanın U-15 komandasından Toğrul Haqverdiyevin baxışa yollanacağını xəbər vermişdik.

EFA ilə “Peruca” Futbol Akademiyası arasında əldə edilmiş razılaşmaların reallaşdırılması istiqamətində əməli addımların atılmasına başlanılıb.

Ümumiyyətlə, 5 azərbaycanlı gənc futbolçu İtaliyaya - məşhur klubun düşərgəsinə üz tutacaq. “Peruca”nın seçmələri 20-25 iyun aralığında keçiriləcək.

25-29 aprel tarixində “Peruca” Futbol Akademiyası ilə keçirilən görüşlərdə alınan razılaşmalara əsasən, EFA-nın yetirmələri İtaliyada klubunda çıxış edə biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!