“Odun doğrayıram, traktorla sahədə işləyirəm” – Məşhur hücumçu

13 May 2022 15:40 İtaliya 938
“Odun doğrayıram, traktorla sahədə işləyirəm” – Məşhur hücumçu

İtaliya yığmasının sabiq futbolçusu Roberto Bacco daha futbolla maraqlanmır.

Sportinfo.az xəbər verir ki, “Yuventus”un sabiq ulduzu bu haqda “La Repubblica” nəşrinə verdiyi açıqlamada danışıb:

“Mən artıq futbolla maraqlanmıram. İnsanlar bunun qəribə olduğunu düşünür, amma mənim günahım nədir? Futbolsuz xoşbəxt yaşayanlar uduzanlardır?

Oyunlara baxmıram, daha onlar məni cəlb etmir. Həm də, başqalarını mühakimə etməyi sevmirəm.

Keçmiş komanda yoldaşlarımın müəllim kimi danışdıqlarını görürəm. Amma yadımdadır ki, onlar əlləri ilə də dəqiq ötürmə verə bilmirdilər.

Özüm üçün başqa əyləncələr tapdım. Odun doğrayıram, traktorla sahədə işləyirəm və gecələr o qədər yorğun oluram ki, başım fırlanır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"