Hücumçusu üçün 120 milyon avro “oxudu” - “Napoli”

10 May 2022 12:20 İtaliya 933
Hücumçusu üçün 120 milyon avro “oxudu” - “Napoli”

“Napoli” hücumçusu Viktor Osimhen üçün transfer qiyməti müəyyən edib.

Komanda.az xəbər verir ki, “Arsenal” bir müddətdir 23 yaşlı futbolçunu transfer etmək istəyir.

“Napoli” klubunun rəhbərliyi londonlulara onun transferinin 100 milyon funta (təxminən 120 milyon avro) başa gələcəyini bildirib.

Osimhenlə “Mançester Yunayted” də maraqlanır.

Nigeriyalı futbolçu 2020-ci ildə “Lill”dən “Napoli”yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Osimhen bu mövsüm A Seriyasında 24 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var