"Təzyiq altında olacağıq, amma bacaracağıq”

10 May 2022 00:20 İtaliya 835
"Təzyiq altında olacağıq, amma bacaracağıq”

“Milan”ın texniki direktoru Paolo Maldini komandanın İtaliya çempionatının qalan oyunları ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən Maldini, çempionluğa yaxın olduqlarını bildirib:

“Komandada sakitlik hissi yaratmaq vacibdir. Qarşıda cəmi iki oyun qaldığından, çempionluğa yaxınıq. Bunlar asan oyunlar deyil. “Verona” ilə görüş də asan olmadı.

Növbəti turda qarşılaşacağımız “Atalanta”nın oyununa baxdım, onlar hələ də Avropaya meydan oxuyurlar. “San Siro”da təzyiq altında olacağıq, amma bacaracağıq”.

A Seriyasının bitməsinə iki tur qalmış “Milan” 80 xalla turnir cədvəlinə başçılıq edir. İkinci sıradakı “İnter”in 78 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi