“Yuventus” son dəqiqələrdə qələbəni əldən verdi, autsayderı uduzdu - VİDEO

7 May 2022 10:00 İtaliya 902
“Yuventus” son dəqiqələrdə qələbəni əldən verdi, autsayderı uduzdu - VİDEO

İtaliya A seriyasının XXXVI turunun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Yuventus” səfərdə “Cenoa” ilə qarşılaşıb.

Matçda ilk hissədə qol olmayıb. İkinci hissədə isə hesabı qonaq açıblar. Dibala 48-ci dəqiqədə fərqlənib.

Bununla belə sona az qalmış “Cenoa” özündən güc taparaq vəziyyəti dəyişə bilib.

Qudmundssonun 87-ci, Krişitonun isə 90+5-ci dəqiqədə vurduğu qollar meydan sahiblərinə qələbə qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"