"Zəhmət bəhrəsini verməyəndə işləmək çətindir"

5 May 2022 15:20 İtaliya 394
"Zəhmət bəhrəsini verməyəndə işləmək çətindir"

"Milan"ın lideri Zlatan İbrahimoviç komandasının bu mövsümdəki çıxışı barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu deyib:

“Komanda çox çalışır. Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün böyük fədakarlıqlar etməli olduq.

Uğursuzluqlarımız oldu, amma komanda gəncdir, böyüyür, təcrübə toplayır. İndi A seriyasında liderik.

Sadəcə, diqqətimizi cəmləməli və işimizi davam etdirməliyik. Öz təcrübəmdən bilirəm ki, bir həftə ərzində vəziyyət kəskin şəkildə dəyişə bilər.

İki il yarımdır ki, “Milan”dayam, amma hələ heç nə qazanmamışıq. Qələbə qazanmasaq, çox çətin olacaq.

Zəhmət bəhrəsini verməyəndə işləmək çətindir. İndi sadəcə kubokumuz çatmır, çünki biz hər şeyi mükəmməl edirik".

Digər Xəbərlər
Xəbər Lenti