Sevgilisinin atası məşhur hücumçunu hara çağırır?

4 May 2022 23:20 İtaliya 667
Sevgilisinin atası məşhur hücumçunu hara çağırır?

"Yuventus"un hücumçusu Paulo Dibalanın sevgilisi Oriana Sabatininin atası 28 yaşlı hücumçunun Argentinaya qayıtmasını istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Sabatini məlumat verib:

“Atam təkidlə onu “River Pleyt”də görmək istəyir. Hər həftə onunla bu mövzuda danışır.

Amma Paulonun bu haqda nə düşündüyünü bilmirəm. Düşünürəm ki, o, hələ də Avropada qalacaq”.

Argentinalı hücumçu ilə Premyer Liqanın dörd klubunun maraqlandığı bildirilir. Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir.

28 yaşlı argentinalı bu mövsüm liqada 26 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu