“Biz transfer gözləmirik və ya axtarmırıq - Onun kimi hücumçuların zamanıdır”

4 May 2022 18:20 İtaliya 569
“Biz transfer gözləmirik və ya axtarmırıq - Onun kimi hücumçuların zamanıdır”

"İnter"in hücumçusu Lautaro Martinesin agenti Alexandro Kamano müştərisi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, Lautaronun dünyanın ən yaxşı hücumçularından biri olduğunu deyib. Agent vurğulayıb ki, gələcəkdə belə hücumçulara çox ehtiyac olacaq:

“Lautaro bir oyunçu kimi inkişaf edir. Unutmayaq ki, söhbət artıq beynəlxalq arenada aparıcı hücumçulardan biri kimi özünü təsdiqləyən 24 yaşlı futbolçudan gedir.

İndi yaşı 35-dən yuxarı olan Ronaldo və Benzema kimi hücumçuların azaldığını görürük. Lautaro kimi hücumçuların vaxtıdır.

Biz transfer gözləmirik və ya axtarmırıq. Martines “İnter”in oyunçusudur və burada xoşbəxtdir. Milan gözəl şəhərdir. Fikirlərimiz bu klubladır”.

Bu mövsüm Lautaro "İnter"in heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"