Samirin müqaviləsi uzadılacaq - İtaliya klubunda

2 May 2022 12:20 İtaliya 1 319
Samirin müqaviləsi uzadılacaq - İtaliya klubunda

“İnter”in qapıçısı Samir Handanoviç klubla müqaviləsini uzadacaq.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı sloveniyalı futbolçunun agenti bu ay “neradzurra”nın nümayəndələri ilə görüşərək, yeni müqavilə ilə bağlı anlaşacaq.

Handanoviçin yeni müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər davam edəcək və daha bir il müddətinə uzadıla biləcək.

Handanoviç 2012-ci ilin iyulundan “İnter”də çıxış edir. O, cari mövsümdə 45 oyun keçirib və 34 qol buraxıb.

Samir Handanoviçin “İnter”lə hazırkı müqaviləsi bu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti