"O, futbol sahəsini sevir və məşqçi olmaq istəyir” - Həyat yoldaşı açıqladı

30 Aprel 2022 15:40 İtaliya 371
"O, futbol sahəsini sevir və məşqçi olmaq istəyir” - Həyat yoldaşı açıqladı

“Yuventus”un və İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlaya bilər.

Sportinfo.az xəbər verir ki, bunu futbolçunun xanımı Martina Makkari deyib.

O, həyat yoldaşının futboldan uzaqlaşmayacağını söyləyib:

“Leonardonun futbolda qalacağına şübhəm yoxdur. Bu, onun həyatıdır. O, futbol sahəsini sevir və məşqçi olmaq istəyir”.

Bonuççi 2005-ci ildə “İnter”də debüt edib, iki il sonra klubdan ayrılıb. Milan klubundan sonra o, “Treviso”, “Pisa” və “Bari” klublarında oynayıb.

2010-cu ildən İtaliya millisinə çağırılan futbolçunun “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti