İtaliyanın məşhur klubu ilə Azərbaycan təmsilçisi arasında anlaşma - FOTOLAR

29 Aprel 2022 16:00 İtaliya 1 421
İtaliyanın məşhur klubu ilə Azərbaycan təmsilçisi arasında anlaşma - FOTOLAR

Azərbaycanın ən uğurlu uşaq futbolu layihəsi olan European Football Academy (EFA) beynəlxalq əlaqələri genişləndirmək məqsədilə növbəti əməkdaşlıqlar qurmağa davam edir.

Təxminən 1 ay əvvəl "Altınordu" rəhbərliyi ilə keçirilən görüşlərdə EFA futbolçularının Türkiyə klubunun Futbol Akademiyasına keçidi barədə razılaşma əldə edən EFA rəsmiləri hazırda "Peruca"nın dəvəti ilə İtaliyadadır.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan təmsilçiləri İtaliyanın Umbriya və Toskana bölgələri üzrə bir neçə futbol akademyasının qonağı olacaq.
Səfərin əsas məqsədi gələcəkdə gənc azərbaycanlı futbolçuların İtaliya futbol akademiyalarına keçidlərinin şərtləri barədə geniş məlumat almaq, həmçinin "Peruca" Futbol Akademiyası ilə bəzi hüquqi sənədlərin imazalanmasını həyata keçirməkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"