Azərbaycanlı futbolçu "Peruca"nı A seriyasına dəyişmək istəyir

29 Aprel 2022 03:30 İtaliya 1 284
Azərbaycanlı futbolçu "Peruca"nı A seriyasına dəyişmək istəyir

Karyerasını İtaliyanın “Peruca” klubunda davam etdirən Raul Yaqubov sportal.az-a açıqlama verib.

Bir müddət əvvəl zədə səbəbindən məşqlərdən uzaq qalan gənc futbolçu İtaliyadakı durumundan və oradakı məqsədlərindən söz açıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi İtaliya A seriyasında oynamaq istədiyini deyib:

"Uzun müddət sonra oyuna çıxdım. U-19 komandamızın heyətində C seriyasından bir klubla yoxlama görüşü keçirdik, hər şey yaxşı alındı.

Bizim U-19 komandası hazırda öz həmyaşıdları arasında keçirilən B seriyasında oynayır. Mən də komandaya qoşulmuşam və çempionat matçlarında oynamaq istəyirəm.

İtaliyada qalmaq və karyerama burada davam etmək niyyətindəyəm. Təbii ki, məqsədim İtaliya A seriyasında oynamaqdı.

Ümidvaram ki, bunu bacaracağam. Klubumda da işlər qaydasında gedir”.

Digər Xəbərlər
Xəbər Lenti