Atası millimizin formasını geyindi, özü məşhur kluba getdi

27 Aprel 2022 23:00 İtaliya 963
Atası millimizin formasını geyindi, özü məşhur kluba getdi

Gürcüstan millisinin və "Dinamo"nun (Batumi) futbolçusu Xviça Kvaratsxeliyanın İtaliya "Napoli"sinə keçəcəyi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis 21 yaşlı hücumameylli yarımmüdafiəçini cari mövsümün sonunda transfer edəcəklərini təsdiqləyib.

İddiaya görə, gənc vinger yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.

"Napoli" istedadlı oyunçu üçün Batumi klubuna 8 milyon avro təzminat ödəyəcək. Onun "Napoli"dəki illik məvacibi 1,1 milyon avro olacaq.

Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna "Rubin"dən keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.

X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM