Biri müasirdir, biri ötən əsrdə qalıb – Sakki Milan nəhəngləri haqda

27 Aprel 2022 15:40 İtaliya 401
Biri müasirdir, biri ötən əsrdə qalıb – Sakki Milan nəhəngləri haqda

Məşhur italyan mütəxəssis Arriqo Sakki Milan klublarını - “İnter” və “Milan”ı müqayisə edib.

Sportinfo.az xəbər verir ki, Sakkini “Milan”ın sərgilədiyi oyun qane edir.

O, bildirib ki, “İnter”ə ötən əsrin oyununu göstərir:

“Milan” ən güclü komanda deyil, amma ruh etibarı ilə Avropa futbol üslubuna ən yaxın, daha müasir, “Atalanta” kimi komandadır. Onlarda hamıda müşahidə olunmayan komanda ruhu var.

Digər tərəfdən, “İnter”in heyəti daha güclüdür, lakin oyun tərzi baxımından komanda 1960-cı illərdə ilişib qalıb. Onların üslubu köhnəlib, beynəlxalq səviyyədə effektiv deyil”.

“Milan” 34 matçda 74 xal toplayıb və İtaliya A Seriyasında 1-ci yerdədir. "İnter" (72) bir oyun az keçirib və 2-ci yerdədir. “Neradzurra” İtaliyanın hazırkı çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti