“Onların yerində olsaydım, çox qəzəbli olardım”

26 Aprel 2022 00:10 İtaliya 397
“Onların yerində olsaydım, çox qəzəbli olardım”

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 34-cü turunda “Latsio” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi oyunçuları ilə fəxr etdiyini söyləyib:

“Oyunçularımla fəxr edirəm. Onların yerində olsaydım, çox qəzəbli olardım. Çünki azarkeşlər oyunçulara lazımi etimadı göstərmir.

Baxmayaraq ki, son bir neçə ildə futbolçularım yüksək səviyyəli oyun nümayiş etdirir. Bizim vəzifəmiz qalan matçlarda qalib gəlməkdir, səhv etmək deyil.

Qəribədir ki, matça pis başladıq və opsional (qeyri-məcburi) qol buraxdıq, amma oyuna qayıda biləcəyimizi göstərdik. Ən əsası odur ki, Çempionlar Liqasına vəsiqəni təmin etmişik”.

“Milan” 34 turdan sonra İtaliya A Seriyasının turnir cədvəlində birinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti